G5

G5

Wednesday, July 10, 2013

İŞ STAJI NƏ ÜÇÜN ƏHƏMİYYƏTLİDİR ?


bütün kvalifikasiya tələbləri əslində kompetensiya tələblərini təmin etmək üçün nəzərdə tutulub və bu kompetensiyaları təmin etdiyi halda əhəmiyyət daşıyır – “G5”.

Demək olar ki, bütün şirkətlərdə, kompetensiya əsaslı İR sistemləri tətbiq etsinlər və ya etməsinlər, vəzifə tələblərində iş stajı kriteriyası vazkeçilməz kriteriyalardan sayılır. İş elanlarında yəqin ki, hamımız şahidi olmuşuq, bir neçə ümumi şablon kompetensiya tələbindən sonra mütləq mənada iş stajı və təhsil tələbləri sıralanır. Təbii ki, əgər vəzifə kvalifikasiya tələb edən vəzifədirsə. Eyni zamanda əmək bazarında staj tələbi bariyerindən şikayətlənən həddindən artıq aşağı kvalifikasiyalı və təcrübəsiz işaxtaran vardır. Bu kateqoriyada olan iş axtaranlar da ara sıra öz haqlı etirazlarını şirkətlərin insan resursları üzrə əməkdaşlarına yönəldirlər : “Hamı təcrübəli işçi axtarır, bəs biz təcrübəni harada əldə edək?” Bu sualın cavabına başqa məqalələrdə toxunmağa çalışacam. Hələlik, iş stajının əhəmiyyəti haqqında fikirlərimi bildirmək istərdim.
Şirkətlər əhəmiyyətini bilsələr də, bilməsələr də əksər hallarda staj tələbi ilə qarşımıza çıxırlar. Müşahidələrim əsasında deyə bilərəm ki, şirkətlər əsasən stajı olan işçinin o işi bildiyini və iş yerində öyrəndiyini qəbul edirlər. Bəzi hallarda isə qiymətləndirəcək başqa obyektiv kriteriya tapmadıqları üçün staj və təhsil kriteriyalarına müraciət edirlər. Düzdür, staj işçiyə bilik və bacarıq qazandırır, lakin bu bilik və bacarığın nə olduğu, əslində şirkətə onun stajla qazana biləcək hansı kompetensiyaların lazım olduğu, həmin kompetensiyaların o işçidə həqiqətən olub-olmadığı şirkətin insan resursları üzrə strukturu araşdırmalıdır. Bütün kvalifikasiya tələbləri əslində kompetensiya tələblərini təmin etmək üçün nəzərdə tutulub və bu kompetensiyaları təmin etdiyi halda digər kvalifikasiya tələbləri kimi, iş stajı da əhəmiyyət daşıyır.
İş stajının işi öyrənmək üçün ən effektiv yollardan biri olduğu doğrudur. Bununla əlaqəli olaraq idarəetmə elmi üzrə ən məşhur mütəfəkkirlərdən olan Kjell Nordstrom haqqında yazılmış bir məqalədən yadımda qalan bir hissəni paylaşmaq istərdim :
"Atam balıqçı idi. Həyatı boyunca sırf balıqçılıqla məşğul oldu. Bəzən məni də kiçik gəmisi ilə balıq tutmağa aparardı. Bir müddət sonra təcrübəm artdıqca artıq mən ona filan yer yaxşı yerə bənzəyir, gəl burada balıq tutaq deməyə başladım. Atam isə yalnızca gülümsəyər və “Bu gün olmaz, balıqlar bu gün burada toplaşıblar” deyib bir neçə mil o tərəfi östərərdi. Demək olar ki, hər dəfə də haqlı çıxardı. Artıq bunu necə bildiyini soruşmuram. Səmaya baxar, küləyi hiss edər, dalğaları izləyər və bütün bunların nəticələrini analiz edərdi. Beləliklə balıqların harada olduqlarını bilərdi.”
Kjell Nordstromun xatirəlindən də göründüyü kimi, balıqçı olan atası uzun təcrübələrin nəticəsində balıqtutma sahəsində müxtəlif faktorları analiz edərək düzgün nəticəni müəyyən etmə qabiliyyətinə, balıq ovu ilə bağlı biliklərə və bacarıqlara yiyələnmişdir. Lakin həmin təcrübəli balıqçını şimalın soyuq sulardan xəzər dənizinə gətirsək və balıq ovuna göndərsək, görəsən o balıqları həmin məharətlə ovlaya biləcəkmi? İsti suların balıqları fərqli olduğu kimi bu balıqları ovlamaq qaydaları da fərqli ola bilər. Və bu qaydaları da öyrənmək üçün yenə də müəyyən bir müddət təcrübə keçmək, səhvlər buraxaraq düzgün metodu müəyyən etmək tələb olunacaqdır.
Bu qədər uzun staj tələbinin yaranmaması üçün həmin işi icra edən işçilər o işi icra edən nəzəri bilikləri əvvəlcədən bilməli və təcrübə ilə biliklərini möhkəmləndirməlidirlər. Nəzəri biliklər deyəndə, sadəcə formal təhsil müəssisələrində verilən biliklər nəzərdə tutulmur. Bu biliklərlə yanaşı həmin iş ilə bağlı qaydalar, prosedurlar, proseslər, texnoloji marşrutlar, formalar, normativ hüquqi aktlar və digər tənzimləyici sənədlər, daha əvvəlki praktikalar və presedentlərlə bağlı yazılı və şifahi məlumatlar, təlimlər, seminarlar və kurslar, iş üstündə təlim və təcrübələr də nəzəri bilik çərçivəsini müəyyən edir.
İş stajı bir işi öyrənmək üçün əhəmiyyətli kriteriyadır, lakin staj nəzəri biliklərlə möhkəmləndiyi halda işçi daha peşəkar və bacarıqlı bir işçiyə çevrilir.

mənbə : g5team.az

No comments:

Post a Comment