G5

G5

Saturday, May 14, 2011

FƏALİYYƏT ƏSASLI DƏRƏCƏLƏNDİRMƏ

DƏRƏCƏLƏNDİRMƏ

            Əməkhaqqı sisteminə daxili və xarici bir çox faktorlar təsir edir. Mövzu əməkhaqqı sistemi olmadığı üçün bu faktorlar haqqında ətraflı məlumat vermək istəmirəm. Əməkhaqqı strukturunun formalaşması və əməkhaqqı miqdarlarının müəyyənləşdirilməsinə ən böyük təsir edən daxili faktor şirkətin dərəcələndirmə sistemidir.
            Vəzifə dərəcələndirmə sistemi, şirkətdə ədalətli əməkhaqqı sisteminin qurulması və işçi məmnuniyyətinin artırılması üçün istifadə olunur. Sistemin təməlində, vəzifələrin müəyyən metodlarla birbirlərindən fərqləndirilməsi və əhəmiyyət sırasına görə sıralanması dayanır.
Dərəcələndirmə metodları analitik olan və analitik olmayan metodlar olmaq üzrə iki əsas hissəyə ayrılır :
  • Analitik olmayan dərəcələndirmə metodları:
    • İş sıralaması (job ranking)
    • İkili qarşılaşdırma (paired comparison)
    • İş təsnifatı (job classification)
    • Daxili bençmarkinq (internal benchmarking)
  • Analitik dərəcələndirmə metodları:
    • Faktor qarşılaşdırma (factor comparison)
    • Faktor-Bal (point-factor rating)

MAHMUDOFF DƏRƏCƏLƏNDİRMƏ MODELİ

            MECCA Consulting şirkətinin məhsulu olan Mahmudoff modelində vəzifə dərəcələndirilməsi analitik dərəcələndirmə metodlarından faktor-bal üsulu ilə və fəaliyyətlər səviyyəsində aparılır. Bu model şirkətə ən çox dəyər qatan vəzifənin ən çox dərəcəyə sahib olması məntiqi üzrəində qurulur.

Mahmudoff modelinin üstünlükləri :
  •  Bu modeldə dərəcələndirmə prosesi fəaliyyətlər səviyyəsində aparıldığı üçün dərəcə balları daha dəqiq hesablanılır.
  • Mahmudoff modeli ilk dəfə olaraq dərəcələri şirkətin strateji hədəflərinə bağlayaraq, fəaliyyətlərin şirkət strategiyası üzərindəki təsirini ölçür və bu təsir miqyasında iş balları hesablanılır. Başqa bir deyişlə, bu modeldə daha strateji fəaliyyət daha çox bal toplayır.
  • Mahmudoff modelində fəaliyyətlər strateji əhəmiyyət kriteriyasından başqa müştəri yönümlülük, iş ailəsi kimi daha öncə istifadə olunmayan kriteriyalarla ölçülmə imkanı verir. Bu da dərəcələndirmənin marketinq yönümlü aparılmasını təmin edir.
  • Mahmudoff modeli bütün şirkətlərə şablon cədvəllər təyin etmir, əksinə dərəcə kriteriyaları və əmsallar hər şirkət üçün yenidən təyin edilir. Bu əmsallar müəyyənləşdirilərkən şirkətin vəziyyəti, siyasəti və şirkət rəhbərliyinin düşüncələri nəzərə alınır.
Dərəcələndirmə prosesi

Mahmudoff modelində dərəcələndirmə prosesi aşağıdakı ardıcıllıqla icra olunur :
Şəkil 1 – Dərəcələndirmə prosesi


Dərəcə qrupları və dərəcə kriteriyaları

            Mahmudoff modelində vəzifələrin şirkətə qatdığı dəyərləri ölçmək üçün 3 qrup üzrə toplamda 14 kriteriya istifadə olunur. Bu qruplar aşağıdakı kimidir :
  1. Çətinlik : İşin icra olunması üçün tələb olunan bilik, bacarıq, fiziki çətinlik səviyyəsi nəzərdə tutulur.
  2. Əhəmiyyət : İşin şirkətin vizyon və məqsədləri üçün nə qədər əhəmiyyət kəsb etdiyi nəzərdə tutulur.
  3. Məsuliyyət : İşin icrası üçün nə qədər məsuliyyət  tələb olunduğu nəzərdə tutulur.
Şəkil 2 – Dərəcə qrupları və kriteriyaları

Hər bir kriteriya 5-i əsas olmaq şərti ilə 15 səviyyəyə bölünür. Hər 5 əsas səviyyə üzrə açıqlamalar təyin olunaraq 15 səviyyə üzrə əmsallar hesablanılır. Məsələn, XXX şirkətində K1-Bilik, Bacarıq, Təcrübə kriteriyası üzrə açıqlamalar və dərəcə balları aşağıdakı kimi təyin olunmuşdur :
Şəkil 3 – Bilik-Bacarıq kriteriyasının səviyyələri

Dərəcə əmsallarinin təyin edilməsi
Mahmudoff modelində əmsallar unikal deyildir. Bu əmsallar hər şirkət üçün, o şirkətin xüsusiyyətinə uyğun olaraq təyin edilir. Əmsal təyin edilmədən öncə şirkətin xüsusiyyətləri analiz edilir və daha sonra şirkət rəhbərliyi ilə qarşılıqlı razılaşılaraq qruplara və qruplardakı kriteriyalara əhəmiyyət dərəcələri müəyyən edilir.
Şəkil 4 – Qrup və kriteriya əhəmiyyət dərəcələri

            Şəkil 1 – də göstərildiyi kimi Mahmudoff modelində dərəcələndirmə prosesi dərəcə qruplarına əmsal təyin etməklə başlanılır. Qruplarımız – QA (çətinlik), QB (əhəmiyyət) və QC (məsuliyyət), Qruplar üzrə əhəmiyyət dərəcələrimiz isə, ƏQ1, ƏQ2, ƏQ3 və ƏQ4 kimi şərti olaraq işarələnmişdir. Hər əhəmiyyət dərəcəsinə isə əhəmiyyətsizdən çox əhəmiyyətliyə qədər olan 4 səviyyəli şkaladan 1 əhəmiyyət dərəcəsi seçilir. Bu əhəmiyyət dərəcələri isə şəkil – 4-də göstərildiyi kimi rəqəmləşdirilir.
            Qrup əmsalının hesablanmasında əhəmiyyət dərəcələrindən başqa qrupda aktiv olan kriteriya sayı (kriteriyalara əhəmiyyət dərəcəsi təyin edilərkən “əhəmiyyətsiz” olaraq dərəcələndirilməyən kriteriya sayı) da rol oynayır. Belə ki, qrup əhəmiyyət dərəcələri hesablandıqdan sonra bu nisbətlər qrup aktiv kriteriya saylarına yayılır və yekun qrup əmsalı hesablanılır.
Aktiv kriteriya sayının hesablanması qaydası :
AQA = Çətinlik qrupu üzrə aktiv kriteriya sayı
AQB = Əhəmiyyət qrupu üzrə aktiv kriteriya sayı
AQC = Məsuliyyət qrupu üzrə aktiv kriteriya sayı
ƏQ1 = Çətinlik qrupu üzrə əhəmiyyət dərəcəsi
ƏQ2 = Əhəmiyyət qrupu üzrə əhəmiyyət dərəcəsi
ƏQ3 = Məsuliyyət qrupu üzrə əhəmiyyət dərəcəsi
X = Qruplar üzrə kriteriya başlanğıc sıra sayı
Y = Qruplar üzrə kriteriya bitiş sıra sayı
Şəkil 5 – Qruplar üzrə kriteriya başlanğıc və bitiş sıra sayları

Şəkil 6 – Aktiv kriteriya sayının hesablanması düsturu

Qrup əmsalının hesablanması qaydası :
Aktiv kriteriya sayısı hesablandıqdan sonra qrup əhəmiyyət dərəcələri qrup aktiv kriteriya sayına vurulur və bu rəqəmlər toplanılır. Daha sonra hər qrup üzrə hesablanılan rəqəmlərin toplam rəqəmə nisbəti tapılır. Bu nisbət bizə qrup əmsalını verir.
QAA = Çətinlik qrupu üzrə qrup əmsalı
QAB = Əhəmiyyət qrupu üzrə qrup əmsalı
QAC = Məsuliyyət qrupu üzrə qrup əmsalı
AQA = Çətinlik qrupu üzrə aktiv kriteriya sayı
AQB = Əhəmiyyət qrupu üzrə aktiv kriteriya sayı
AQC = Məsuliyyət qrupu üzrə aktiv kriteriya sayı
ƏQ1 = Çətinlik qrupu üzrə əhəmiyyət dərəcəsi
ƏQ2 = Əhəmiyyət qrupu üzrə əhəmiyyət dərəcəsi
ƏQ3 = Məsuliyyət qrupu üzrə əhəmiyyət dərəcəsi

Şəkil 7 – Qrup əmsalının hesablanması düsturu


Kriteriya əmsallarının hesablanması
Qruplara əhəmiyyət dərəcələri təyin edildikdən sonra eyni qayda üzrə qrup daxilindəki kriteriyalara da əhəmiyyət dərəcələri təyin olunur. Kriteriyalar üzrə əhəmiyyət dərəcələrimiz isə, ƏK1, ƏK2, ƏK3 və ƏK4 kimi şərti olaraq işarələnmişdir. Hər əhəmiyyət dərəcəsinə isə əhəmiyyətsizdən çox əhəmiyyətliyə qədər olan 4 səviyyəli şkaladan 1 əhəmiyyət dərəcəsi seçilir. Bu əhəmiyyət dərəcələri isə şəkil – 4-də göstərildiyi kimi rəqəmləşdirilir. Daha sonra hər bir kriteriya üzrə qrup daxili ağırlıq əmsalları hesablanılır.
Kriteriya üzrə qrup daxili ağırlıq əmsallarının hesablanması qaydası
KAa = Qrup üzrə kriteriya ağırlıq əmsalı
a = 1-dən 14-ə kimi olan bir tam ədəd
ƏKa = Kriteriya əhəmiyyət dərəcəsi
X = Qruplar üzrə kriteriya başlanğıc sıra sayı (bax – şəkil 5)
Y = Qruplar üzrə kriteriya bitiş sıra sayı (bax – şəkil 5)

Şəkil 8 – Kriteriya üzrə qrup daxili ağırlıq əmsallarının hesablanması düsturu

Kriteriya əmsalının hesablanması qaydası
Kriteriyalar üzrə qrup daxili ağırlıq əmsalları hesablandıqdan sonra bu əmsalların qrup əmsallarına vurulması ilə yekun kriteriya əmsalları hesablanılır.
a = Çətinlik qrupuna aid kriteriya əmsalı əmsalı
b = Əhəmiyyət qrupuna aid kriteriya əmsalı əmsalı
c = Məsuliyyət qrupuna aid kriteriya əmsalı əmsalı
KAa = Çətinlik qrupu üzrə kriteriya ağırlıq əmsalı
KAb = Əhəmiyyət qrupu üzrə kriteriya ağırlıq əmsalı
KAc = Məsuliyyət qrupu üzrə kriteriya ağırlıq əmsalı
QAA = Çətinlik qrupu üzrə qrup əmsalı
QAB = Əhəmiyyət qrupu üzrə qrup əmsalı
QAC = Məsuliyyət qrupu üzrə qrup əmsalı
a = 1-dən 7-ə kimi olan tam ədəd
b = 7-dən 10-a kimi olan tam ədəd
c = 10-dan 15-ə kimi olan tam ədəd

Şəkil 9 – Kriteriya əmsalının hesablanması düsturu

Məqalənin bu hissəsinə qədər əmsalların hesablanması haqqında məlumat verdik. Növbəti hissəsində isə fəaliyyətlərin dərəcələndirilməsi haqqında geniş informasiya veriləcəkdir.

Elvin Mahmudov
MECCA Consulting, Konsultant

No comments:

Post a Comment